İnterpress.az xəbər verir ki, xalq artistinin “Təzəpir” məscidində keçirilən vida mərasimindən sonra Binə kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.
Xalq artisti Qəndab Quliyeva iyunun 26-da dünyasını dəyişib. Mərhum uzun müddətdir ürək və xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi. İyunun 16-da vəziyyəti ağırlaşan sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. İyunun 26-da isə o, müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb.
İnterpress.az