İnterpress.az xəbər verir ki, aktyor ilk öncə onu Azərbaycana dəvət etdiyinə görə Azərbaycan-Türkiyə evinin sədri Tənzilə Rüstəmxanlıya təşəkkürünü bildirib.
Avinash Sachdev:
O, bütün media işçilərini Ramazan bayramı münasibətilə təbrik edib. Azərbaycanla bağlı təəssüratını bölüşən aktyor səfərindən qürur hissi keçirtdiyini dilə gətirib: \”Bilirdim ki, Azərbaycan çox maraqlı ölkədir və xoşuma gələcək. Həqiqətən də Azərbaycan təsəvvürümdəki kimidir. Burda olduğum müddətdə mən Bakıya vuruldum.”
Aktyor çəkildiyi filmlərdəki obrazlarından da danışıb: \”Mən oynadığım rolları ruhən yaşayıram, əgər hər hansı bir qəhrəmanın uğuruna inanıramsa, mütləq o uğura da nail oluram.”
Hindistanın məşhur aktyoru jurnalistlərin suallarına cavab verərkən şəxsi xüsusiyyətlərindən də söz açıb: \”Mən tənbələm, amma işimi sevirəm. Çox istərdim ki, Azərbaycanda da bir filmə çəkilim. Amma bunun üçün mütləq sizin dili öyrənməliyəm.”
Avinash Sachdev yaradıcılıq yeniliklərindən də danışıb: \”Avqustda yeni bir veriliş hazırlayacam. Ümid edirəm ki, pərəstişkarlarımı sevindirə biləcəm.”
Sonda aktyor ürək sözlərini bildirib: Deyilənə görə, mən Rac Kapurdan sonra Azərbaycanda olan ikinci hind aktyoruyam. Bu, mənim üçün bir şərəfdir. Özümü Azərbaycan-Hindistan dostluğunun zirvəsində hesab edirəm. Bakıda olduğum üçün xoşbəxtəm.”
Tədbirin sonunda xatirə şəkilləri çəkilib. Qeyd edək ki, aktyorun pərəstişkarları ilə imza mərasimi sabah – 28 iyun saat 18.00-da Nizami Kino Mərkəzində keçiriləcək. Giriş pulsuzdur!
İnterpress.az