Polis hələlik hadisənin necə baş verməsi ilə bağlı məlumat yaymayıb. Azərbaycanın Çexiyadakı Konsulluğundan deyiblər ki, onlara iyunun 30-da Çex polisindən şifahi məlumat daxil olub.
\”Rəşad Qafarovun öz maşınında cansız vəziyyətdə\” tapılması haqda məlumat verilib, hadisənin araşdırıldığı bildirilib. Rəşad Qafarovun şirkəti beynəlxalq yükdaşımalarla məşğul olur. \”TERN TRANSPORT & TRADING” şirkətinin saytında göstərilənlərə əsasən bu şirkət 2008-ci ildə yaradılıb, hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edir. (virtualaz.org)
İnterpress.az