“Rayonlardan çolpa, pendir gələnə qədər, Bakıda rüşvət yox idi”backend

“Rayonlardan çolpa, pendir gələnə qədər, Bakıda rüşvət yox idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri deputat Ziyad Səmədzadənin qızı, tanınmış bəstəkar Aygün Səmədzadə deyib. O bildirib ki, heç bir vaxt \”filankəs bakılıdır deyə onu üstün tutaq\” söhbəti nə ailəsində,nə də yaxın çevrəsində olmayıb: \”Yerlibaz söhbətlərini həmişə Bakıya sonradan gələnlər salib. Yəqin düşdükləri yer, təklik, ev üçün darıxmalar da müəyyən aqressiya, özünümüdafiə halları yaradıb,bunu da anlayıram, amma bu, Bakını sevməməyə səbəb deyil.

Bakı hər zaman burda doğulanlar üçün, onu sevənlər üçün gözəl olub. Çünki doğmadır və bu romantika məhz doğmalıqdan yaranır. Mənə çox maraqlıdır, Bakını ve bakılıları bu qədər sevmeyen adamlar burda niyə yaşayır. Hər bölgənin yalnız öz balaca Vətənini sevən adamı qayıtsın yurduna, orda da yaşasın onda. Orada həkim, müəllim, jurnalist, vəkilə və s. ehtiyac çoxdur və nə danışsaq, nə proqnozlar versək də Azərbaycanı yalnız mütəşəkkil aydınlıq inkişaf etdirə bilər. Beyinlərdən küçələrə tökülən pintiliyin yığışması yalnız bu torpağa, böyük Vətənə hər birimizin böyük sevgisi səbəbindən baş verər”.

Bəstəkar Bakıya rüşvətin rayonlardan gəldiyini qeyd edib: \”Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət-zad yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa və motal pendiri və s. gələnəcən. Və bu gün 10 yumurta, 5 kq ətlə universitet bitirənlər professor olub camaata dərs keçir”.

İnterpress.az