Şairdən Səmədzadəyə sərt cavabbackend

Şairdən Səmədzadəyə sərt cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında tanınmış şair Rüstəm Behrudi bəstəkar Aygün Səmədzadənin Azərbaycan bölgələri ilə bağlı təhqirli fikirlərini şərh edərkən deyib. O, Aygün Səmədzadənin Azərbaycan kimi balaca bir yeri paytaxt və bölgələrə bölməsini biabırçılıq adlandırıb:

“Aygün Səmədzadə istedadlı bəstəkardır. Amma bu adamlar hələ də anlamır ki, Bakı təkçə onların deyil. Bu şəhər daş divarları, bulvarı, parkları, böyük binaları ilə tanınmır. Əslində Bakı Azərbaycanın bölgələridən gələn insanları, ziyalıları, elm və incəsənət adamları ilə tanınır. Əgər Qarabağdan Üzeyir bəy, Nəcəf bəy Vəzirov, Naxçıvandan Mirzə Cəlil, Cavid və onlarla belələri Bakıya gəlməsəydi, Bakı nə olardı?!”

Şair qeyd edib ki, Bakı bölgələrdən gələnlərin hesabına və zəhmətinə şəhər olub: “Bakı təkcə orada doğulub, yaşayanların şəhəri deyil. Bura Azərbaycanın baş kəndi, paytaxtıdır. Bu ayrı-seçkilik və insanları təhqir etməkdir. Biabırçılıqdır. Bu ayrıseçkilik kimə lazımdır?! Sovet dönəmində bakılılar rayondan gələnləri “çuşka” adlandırırdılar. Bu adamlar anlamırlar ki, Bakı “çuşka”ların hesabına şəhər olub. Onların Bakı üstündə nə qədər haqqı varsa, Bakıda da biz bölgədən gələnləri haqqı var. Bakı hamınındı.”

Rüstəm Behrudi Azərbaycanı bölgələrə bölənləri düşmən işi adlandırıb: “Bakı səhrada yerləşmiş bir yerdir. Neft quyuları, daş binaları, küçələr və s. Bakını şəhər edən oların bəyənmədiyi bölgələrdən gələn intelekt ziyalılar sülaləsidir.”

Milli Məclisin deputatı Ziyad Səmədzadənin qızı, Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin sosial şəbəkədə Azərbaycan bölgələri haqqında yazdığı fikirlər böyük narazılığa səbəb olub. Aygün Səmədzadə hesab edir ki, təhsil müəssisələrinə rüşvət də məhz rayon adamları tərəfindən gətirilib.

İnterpress.az