Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcəkbackend

Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub.

İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə elektron imtahan mərkəzində təşkil olunacaq.

Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər.

Qeyd olunub ki, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi cari ilin aprelindən başlayaraq müəllim olmağa hazırlaşanlar üçün elektron sınaq imtahanları keçirir. İmtahanlarda ölkəmizin bütün bölgələrindən müəllim olmaq istəyən şəxslər iştirak edir. Elektron sınaq imtahanında iştirak üçün Təhsil Texnologiyaları Mərkəzinə müraciət edərək qeydiyyatdan keçmək mümkündür.

İnterpress.az