İnterpress.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Azərbaycanın bəzi rayonlarında iyulun 23-ü gündüzdən 25-dək arabir güclənən qərb küləyinin əsəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.
İnterpress.az