Yetim Eyvaz vəfat etdibackend

Yetim Eyvaz vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bu barədə Modern.az-a şairin yaxınları məlumat verib.

Bildirilib ki, şair ağ ciyər xəstəliyindən əziyyət çəkirmiş. Dünən axşam vəziyyəti yaxşı olsa da, iyulun 23-ü səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aprılsa da, o dünyasını dəyişib.
Mərhum Siyəzənin Qərəh kəndində dəfn olunacaq.

Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Siyəzən rayonunda аnаdаn оlmub. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib.
1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996-2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edib.

2006-cı ildə Youtube-da \”Yaz yağışı” şeiri ilə populyarlıq qazanıb.
Allah rəhmət eləsin!

İnterpress.az