Zaqatala və Balakəndə helikopterlərin iştirakı ilə əməliyyat keçirilibbackend

Zaqatala və Balakəndə helikopterlərin iştirakı ilə əməliyyat keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərindən daxil olan birgə məlumatda qeyd olunur ki, DİN Daxili Qoşunlarına məxsus helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 26 ton 685 kiloqram olan 26 min 660 ədəd narkotik tərkibli çətənə kolları, xalis çəkisi 23 kiloqram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Həmin cinayətlərin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılaraq istintaqa cəlb olunub.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı zəruri tədbirlər davam etdirilir.

İnterpress.az