Fərhad Bədəlbəyli xanımını itirdibackend

Fərhad Bədəlbəyli xanımını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, F.Bədəlbəylinin həyat yoldaşı Nailə xanım bir neçə saat öncə vəfat edib.

Rektorun dostları bildiriblər ki, Nailə xanım öz bağında vəfat edib, həmin vaxt istirahət edirmiş, Fərhad Bədəlbəyli işlə əlaqədar Qəbələdə olub. Onun artıq Bakıda olduğu deyilir.

Mərhum bu gün dəfn olunacaq.

Üç mərasimi isə bazar günü Təzəpir məscidində veriləcək. Qeyd edək ki, mərhum Nailə xanım 1970-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri işləmiş Əli İbrahimovun qızıdır.

İnterpress.az