DİN Lənkəranda yeni doğulan körpənin müəmmalı ölümü ilə bağlı məlumat yayıbbackend

DİN Lənkəranda yeni doğulan körpənin müəmmalı ölümü ilə bağlı məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olduğunu bildirib.

Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

İnterpress.az