Televiziya və radiolarda Azərbaycan dili normalarının pozulması hallarına rast gəlinirbackend

Televiziya və radiolarda Azərbaycan dili normalarının pozulması hallarına rast gəlinir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T. Dadaşov bildirib ki, MTRŞ yarandığı ilk gündən milli efir məkanında Azərbaycan dilinin istifadəsinin təmin edilməsi və aparıcı mövqe qazanması istiqamətində addımlar atıb. Bu istiqamətdə xüsusi qaydalar müəyyənləşdirib, qərarlar qəbul edib: “Bütün bunlar milli efir məkanımızda Azərbaycan dilinin dominant mövqe qazanmasına gətirib çıxarıb. MTRŞ milli efir məkanında Azərbaycan dilinin daha gözəl istifadəsinə, onun qayda və qanunlarına riayət olunması istiqamətində də addımlar atmaqdadır. Bu məqsədlə 2011-ci ildən başlayaraq hər il dilçi mütəxəssislərin iştirakı ilə “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında ədəbi dil normalarına əməl edilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər təşkil etməkdədir”.

MTRŞ təmsilçisi deyib ki, bu ənənə bu il də davam etdirilir. Belə ki, avqustun ikinci ongünlüyündə Milli Televiziya və Radio Şurasının təşkilati dəstəyi ilə “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycan Media məkanında ədəbi dilin qorunması” layihəsi üzrə 2017-ci ilin iyun-iyul aylarında aparılmış monitorinqin nəticələri elan olunacaq.

Builki monitorinqlər MTRŞ ilə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşlığı nəticəsində baş tutub.

T. Dadaşov onu da vurğulayıb ki, MTRŞ yerli televiziya və radioların məsul şəxslərini, aparıcıları Azərbaycan dilinin saflığının qorunub saxlanılmasına, onun normalarına riayət olunmasına həssas yanaşmağa çağırır.

İnterpress.az