2015-ci ildə Nardaranda baş verən silahlı qarşıdurmaya görə həbs edilən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Abbas Hüseynov və digərləri Qobustana etab edilib.
T.Bağırovla A.Hüseynov Qobustan həbsxanasına köçürülüb.
F.Qəhrəmanlı isə 10 saylı cəzaçəkmə müəssisəsinə etab olunub. Digər 15 nəfər də başqa cəzaçəkmə müəssisəsinə köçürülüblər.
Qeyd edək ki, Nardaran hadisələrində iki polis əməkdaşı, 4 nəfər isə dindar dünyasını dəyişmişdi.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov və Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabarov 19 il, Rasim Cəbrayılov 17 il, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. ( musavat.com )
İnterpress.az