Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başlayıbbackend

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzindən (DİM) İnterpress.az-a verilən məlumata görə, abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi 10-dək aparılacaq.

I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Qeyd edək ki, iyulun 29-dan ali təhsil müəssisələrinə I – IV ixtisas qrupları üzrə ixtisas seçimi başlayıb. I – IV qruplar üzrə ixtisas seçimi avqustun 10-dək internet vasitəsilə aparılacaq.

İnterpress.az