İnterpress.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında deyilir.
Müfəttişlik Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində fəaliyyət göstərəcək.
Qərara əsasən, yeni yaradılacaq qurumun nizamnamə fondu bir milyon manat, ştat tərkibi 62 nəfərdən ibarət olaraq müəyyən edilib.
Nizamnamə fondunun formalaşdırılması dövlət büdcəsinin ehtiyat fondundan ayrılacaq.
İnterpress.az