Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Həbin Həsənovun sədrliyi ilə keçirilən qapalı prosesdə A.Çovdarovun vəkilləri bir neçə vəsattələ çıxış edib.
Vəkillər bir sıra sənədlərin sübutlar siyahısından çıxarılmasını və Çovdarovun yenidən Məhkəmə Tibbi Ekspertizadan keçirilməsini tələb ediblər. Məhkəmədə vəsatətlərlə bağlı müzakirələr aparılır.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb. ( musavat.com )
İnterpress.az