Çempionun qətlində şübhəli bilinən Anar Allahverənov barəsində axtarış elan edilibbackend

Çempionun qətlində şübhəli bilinən Anar Allahverənov barəsində axtarış elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstintaqın versiyasına görə Andrey Draçov başından yetirilən zərbələrdən sonra ölüb.
Hadisə 20 avqustda baş verib.
Bazar günü şəhər mərkəzindəki kafelərdən birində yer almış mübahisənin ardınca bayıra çıxan gənc adamlar arasında dava baş verib. Hadisəni nəzarət kameraları qeydə alıb.
Videoda ayaqla zərbə ardınca bir nəfərin yerə yıxıldığını görmək olar. İkinci şəxs ona daha 4 zərbə endirir. Bundan sonra ətrafdakılar ayaqüstə duran şəxsi kənara çəkirlər.
İstintaqın məlumatına görə, xəstəxanaya çatdırılandan sonra Andrey Draçov vəfat edib.
Bildirilir ki, şübhəli tanınan şəxs də idmançı olub. Onun qaydasız əlbəyaxa döyüş növü ilə məşğul olduğu bildirilir.
Ötən gün Rusiyanın İstintaq Komitəsi Allahverənov haqqında federal axtarış elan edib.
Şübhəli şəxsin məhz 25 yaşlı Anar Allahverənov olduğunu polis ilk dəfədir ki, açıqlayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb və Anar Allahverənov xuliqanlıq niyyəti ilə qətl törətməkdə ittiham olunur. (bbc)

İnterpress.az