Yerə nəhəng asteroid yaxınlaşırbackend

Yerə nəhəng asteroid yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Florens asteroidi sabah, yəni 1 sentyabr tarixində planetimizdən minimum məsafədən keçəcək. Asteroidin diametri 4.5 km-dir.
Səma cismi 1981-ci ildə kəşf edilib və britaniyalı qəhrəman tibb bacısı Florens Naytingeylin şərəfinə adlandırılıb.

Asteroid dövr edir və bir dövrü 3 saat ərzində başa vurur.

NASA-nın hesablamalarına əsasən 1 sentyabr tarixində Florens Yerdən 7 milyon km məsafədə olacaq.

Mütəxəssislər hadisədən istifadə edərək səma cismini müşahidə edəcəklər. NASA-nın çəkəcəyi fotolarda asteroidin səthi 10 metrlik məsafədən görünəcək.

Alimlərin sözlərinə əsasən, səma cismi Yerə heç bir təhlükə kəsb etmir.

İnterpress.az