İddiaya əsasən Myanma Banqladeş ilə sərhəd xəttinə mina döşəyir.
\”Reuters\”ə Banqladeşdəki mənbədən daxil olan məlumatda deyilir: \”Bizim qüvvələr tikanlı məftil hasarının yaxınlığında işləyən 3-4 qrup müşahidə edib. Onlar torpağa mina basdırırdılar\”.
Agentliyin məlumatına əsasən minalar müsəlmanların Myanmaya qayıtmasının qarşısını almaq məqsədi güdür.
BMT-nin baş katibi Antoniu Quterriş Myanma hökumətini rohincalara hüquqi status və vətəndaşlıq verməyə səsləyib.
İnterpress.az