“Yerində atılmış addımdır…” – MTRŞ-dan ATV açıqlamasıbackend

“Yerində atılmış addımdır…” – MTRŞ-dan ATV açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu gün ATV rəhbərliyində baş verən dəyişikliklə bağlı deyib.

Onun sözlərinə görə, ATV-dəki məlum verilişlərlə bağlı dəfələrlə kanal rəhbərliyinə iradlarını bildirib:

“Bizim üçün əsas məsələ telekanallarda Azərbaycan dövlətçiliyinin təbliğatı, milli mənəvi dəyərlərin qorunması və Azərbaycan dili ilə bağlı məsələlərdir”.

N. Məhərrəmli kanalda narazılığa səbəb olan verilişlərin bağlanmasından da danışıb:

“Bu verilişlərin bağlanması yerində atılmış addımdır”.

MTRŞ sədri həmçinin qeyd edib ki, televiziyaların monitorinqi qurumun gündəlik işidir və bu nəzarət bütün telekanallara bərabər səviyyədə aparılır.

İnterpress.az