Prokurorluq narkotikə görə cinayət məsuliyyətinin ləğvinə qarşı çıxdıbackend

Prokurorluq narkotikə görə cinayət məsuliyyətinin ləğvinə qarşı çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, bu, məqsədəuyğun deyil: “Azərbaycanın yerləşdiyi coğrafi məkan elə bir yerdir ki, burada narkotiklərin qeyri-qanuni yolla tranzit kimi gətirilməsi cəhdləri baş verə bilər”.

Qeyd edək ki, dəyişiklik layihəsində məcəlləyə 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur.

Yeniliyə görə, 234.1-ci maddəsində (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

İnterpress.az