Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə bir sıra KİV-lərdə Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif \”Ümumi tarix” dərsliyi ilə bağlı müraciəti yer alıb. Müraciətdə şərh olunan məsələlər bir çox KİV-lərin xəbər başlıqlarında AMEA-nın mövqeyi kimi göstərilir:
\”Bu da yanlış rəylərə gətirib çıxarır və medianın əsas prinsiplərinə ziddir. AMEA-nın mətbuat xidməti olaraq bildiririk ki, akademiyanın struktur bölməsi olan Tarix İnstitutunun bu müraciəti bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir. AMEA-nın və Təhsil Nazirliyinin mətbuat xidmətləri kütləvi informasiya vasitələrindən qeyd olunan məsələdə dürüst və obyektiv olmağı, xəbər başlıqlarına diqqətlə yanaşmağı xahiş edir”.
İnterpress.az