İnterpress.az Report-a istinadən xəbər verir ki, bu barədə komitə sədri Kərəm Həsənov “ASAN Radio”nun efirində bəyan edib.
Onun sözlərinə görə, bu hərraclara 1400-dən artıq dövlət əmlakı çıxarılıb və bunların 800-dən artığı özəlləşdirilib. Nəticədə dövlət büdcəsinə 100 mln. manata yaxın vəsait daxil olub.
K.Həsənov qeyd edib ki, bu hərraclarda böyük rəqabət var: “Bu yaxınlarda bir əmlak var idi. Onun ilkin satış qiyməti 20 min manat olsa da, 65 min manata satıldı. Həmin əmlaka 4 investor iddia edirdi”.
İnterpress.az