Amerikada dəhşət — Ana iki övladını sobada bişirdibackend

Amerikada dəhşət — Ana iki övladını sobada bişirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24 yaşlı Lamora Cekson iki azyaşlı körpəsinin ölümündə ittiham edilir. Bildirilir ki, Lamora bir və iki yaşlı övladlarını sobaya qoyub. Sonra isə onu işə salıb.

Faciə Atlantanın cənubi-şərqində baş verib. Qadın ərinə video zəng edib. Cəmil Penn isə söhbət vaxtı uşaqların başına iş gəldiyini anlayıb və polisə xəbər verir.

Evə təşrif buyuran hüquq-mühafizə orqanları yanmış körpələrin meyitlərini aşkar ediblər. Cütlüyün evdə olan 3 yaşlı üçüncü övladı isə xəsarət almayıb. Bundan başqa Ceksonun altı yaşlı qızı da hadisə vaxtı qohumlarına qonaq getdiyi üçün sağ qalıb.

Qadının doğmaları bildirir ki, Ceksonun ciddi psixoloji problemləri olub.

İnterpress.az