Bakı Metropoliteninin \”Əhmədli\” stansiyası yaxınlığında 09-10 yaşlarında olan oğlan uşağı soyuq havada asfalt üzərində yarıçılpaq halda dilənməyə məhkum edilib.
Bu barədə tanınmış hüquqşünas Sevda Məhərrəmova \”facebook\” səhifəsində məlumat verib. O qeyd edib ki, uşaq burada özü könüllü olaraq diləndiyini desə də, az keçməmiş naməlum bir kişi uşağa yaxınlaşaraq onu ərazidən uzaqlaşdırıb.
Hüquqşünas faktla bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə xəbər verib. Lakin polis əməkdaşları dilənən uşağı tapa bilməyiblər.
İnterpress.az