İnterpress.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən AzərTac-a bildirilib ki, həmin dövrdə muzdla işləyənlərin sayı 1 milyon 526,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 875,8 min nəfər, qeyri-dövlət sektorunda isə 650,5 min nəfər təşkil edib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub.
İnterpress.az