Xırdalanda atışma olub?backend

Xırdalanda atışma olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, əslində Xırdalanda belə bir insident yaşanmayıb. Bəzi kütləvi informasiya vasitələri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Qaradağ rayonunun Lökbatan qəsəbəsində dini ekstremizm zəminində həyata keçirdiyi əməliyyatı (dəqiqləşdirmədən) Xırdalanda hansısa insidentin baş verməsi kimi tirajlayıb. Bu isə Xırdalan sakinləri arasında narahatlığa səbəb olub.

DTX-dan Modern.az-a verilən məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan Respublikası ərazisində terror aktları planlaşdırdıqları barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib, qeydə alınan fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, “Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İnterpress.az