Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”ya faktı təsdiqləyib. O bildirib ki, Etibar Məmmədovun saxlanılması və cinayət işinin istintaqı ilə bağlı gün ərzində rəsmi məlumat yayılacaq.
Qeyd edək ki, dünən gecə saatlarında hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində həyata keçirdiyi əməliyyat zamanı “Qoca” ləqəbli Etibar Məmmədov həbs edilib.
“Qoca” sağ ələ keçirilsə də, yanında olan şəxslərdən birinin öldürüldüyü deyilir.
İnterpress.az