ABŞ: Bakıda həkimə getməyin, dərman almayın…backend

ABŞ: Bakıda həkimə getməyin, dərman almayın…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müraciətdə ölkəmizdəki apteklərdə satılan dərmanların tərkibi də şübhə altına alınıb. Hətta ABŞ vətəndaşlarına məsləhət görülüb ki, özləri ilə ABŞ-da reseptlə buraxılmış, orjinal qutusunda olan dərmanlar götürsünlər.

ABŞ Dövlət Departamentinin vətəndaşlarına bu müraciətini şərh edən Səhiyyə Nazirliyi tövsiyənin Azərbaycan səhiyyəsinə heç bir aidiyyəti olmadığını bildirib. Bu barədə Report-a açıqlama verən nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, bu, onların öz vətəndaşlarına bir növ yanaşma tərzidir.

Sitat: “ABŞ bir çox dövlətlərə dair dəfələrlə belə bəyanatlarla, müraciətlərlə çıxış edib. Bu da onların öz işidir. Yəni tövsiyənin bizim ölkə səhiyyəsinə qətiyyən aidiyyəti yoxdur”.

Maraqlıdır ki, tibb üzrə ekspert, professor Adil Qeybulla da ölkədə fəaliyyət göstərən apteklərdə keyfiyyətsiz dərmanların satışda olması faktını inkar etməyib. Bu barədə Medicina.az saytına açıqlama verən tibb eksperti bildirib ki, Azərbaycanda dərman bazarı ürəkaçan deyil:

“Dərman müalicəyə təsir etmirsə, bu əsas vermir ki, dərmanlar barədə iddia irəli sürək. Səhiyyə Nazirliyinin vacib strukturları buna aydınlıq gətirməlidirlər. Ancaq təəssüf ki, keyfiyyətsiz dərmanların satışda olması faktdır. Çünki dərman bazarı Səhiyyə Nazirliyinin deyil, ayrı-ayrı şirkətlərin nəzarəti altındadır. Ona görə, bu cür dərmanlar Azərbaycana ayaq açır”.

A.Qeybulla hazırda dərmanların üzərində vahid nəzarət qurumunun olmadığını və həlli üçün konkret addımlar atılmalı olduğunu qeyd edib:

“Azərbaycana daxil olan bütün dərmanlar yoxlanılmalıdır, dövlət reystrinə daxil edilməlidir və təhlükəsizlik parametrləri təsdiq edilməlidir. Əhali isə bundan xəbərdar olmalıdır. Hazırda satışda olan bir çox dərmanların tərkibindəki əsas təsiredici maddə tam təmizlənmiş deyil. Bu da dərmanın təsirini azaldır”.

Dərmanlarla bağlı tez-tez şikayətlər ünvanlanan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun da dərmanlarla bağlı fikirləri ürəkaçan deyil. E.Hüseynov bildirib ki, xüsusilə əvvəlki dərmanlar eyni keyfiyyətə malik deyil:

“Dərmanlarla bağlı şikayətlər həddən artıq olur. Dərmanın təsir etmədiyini bildirirlər. Bundan başqa ağızda hədsiz qıcıq hissi yaratdığını da bildirirlər. İndi əksər apteklərdə qida əlavələri dərman əvəzi kimi satılır. Bu yolverilməzdir. Qida əlavəsi dərman deyil. Ümumiyyətlə, aptek və dərman problem kökündən həll edilməlidir”.

İnterpress.az