İnterpress.az-ın məlumatına görə, \”Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na \”Gözün buynuz qişası\” əlavə edilib.
Bununla, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verilib.
Qeyd edək ki, \”Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na dəyişiklik haqqında qanun Milli Məclisin 25 aprel 2017-ci il tarixli iclasında qəbul olunub.
İnterpress.az