Puçdemon saxlanılıb – YENİLƏNİBbackend

Puçdemon saxlanılıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Belçika Federal Prokurorluğunun nümayəndəsi məlumat verib.

K. Puçdemon və 4 tərəfdarı bu gün səhər saatlarında polisə təslim olub. Onlar 24 saat azadlıqdan məhrum ediliblər.

saat 17.25

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun Belçika polisinə təslim olduğu təsdiqlənib.
Bu barədə Brüssel Prokurorluğu məlumat yayıb.

Brüssel Prokurorluğu məhkəmənin 24 saat ərzində K. Puçdemonun həbsi barədə qərar qəbul edəcəyini də açıqlayıb.

saat 17.13

Hazırda Brüsseldə olan Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Belçika polisinə təslim olub.

Bu barədə Belçikanın VRT telekanalı prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb. (apa)

İnterpress.az