Tahir Əkbərin həyat yoldaşı – “O, dünyanın mələk simalı xanımıdır”backend

Tahir Əkbərin həyat yoldaşı – “O, dünyanın mələk simalı xanımıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında bəstəkarın həyat yoldaşı bildirib. Onun sözlərinə görə, Tahir Əkbər Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasıya şöbəsindədir:

“Tahir müəllim yüksək səviyyədə müalicə və müayinə edilir. Həkimlər hələ ki, onu yatızdırıb, aparılan müalicənin effektini gözləyirlər”.

Tahir Əkbərin həyat yoldaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib:

“Sağ olsun, Mehriban xanım. O, dünyanın ən mələk simalı xanımıdır. Tahir müəllimin səhhəti ilə əlaqədar bütün xərcləri qarşılayacaq”.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl bəstəkar Tahir Əkbərin səhhəti ağırlaşıb. Həkimlər ona insult dioqnozu qoyublar.

İnterpress.az