Qarabağ əlili icra başçısından şikayətçidir: Məni qapıdan qovdurdubackend

Qarabağ əlili icra başçısından şikayətçidir: Məni qapıdan qovdurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az cebhe.info-ya istinadən xəbər verir ki, bu sözləri Lerik rayonundan olan, hazırda həmin rayonda yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Cəlal Mamıyev bildirib.

Qarabağ əlili icra başçısından şikayətçidir: Məni qapıdan qovdurdu

Cəlal Mamıyev iki övlad atasıdır. O, 1992-ci ildən Qarabağ müharibəsinə qatılıb. Cəbhənin Ağdam istiqamətində gedən döyüş əməliyyatlarında 708 saylı hərbi hissənin tərkibində vuruşub. 1994-cü ildə aldığı yaralar onu sağlamlığından məhrum edib. C.Mamıyevin hazırda səhhəti yerində deyil. Cərrahiyyə əməliyyatına ehtiyacı olsa da, maddi imkansızlıq səbəbindən əməliyyata gedə bilmir. Onun sözlərinə görə, dəfələrlə Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova müraciət edib. O, müraciətlərində əsasən başçıdan bacara biləcəyi iş tələb edib.

Qarabağ əlili icra başçısından şikayətçidir: Məni qapıdan qovdurdu

\”Ailə vəziyyətim çox ağırdır. Çətin şəraitdə dolanıram. Aldığım təqaüd ailə xərclərimi ödəmədiyinə görə, icra başçısından xahiş etdim ki, o mənə gözətçi işi olsa da bir iş versin. Amma o mənə məhəl qoymadı. Hətta, dəfələrlə məni otağının qarşısından qovdurub. Etiraf edim ki, bir müharibə əlili kimi gördüyüm diqqətsizlik məni dəfələrlə intihar cəhd etməyə aparmışdı, amma etmədim. Çünki vücudumun qalan sağlam hissəsi vətənimə xalqıma gələcəkdə lazım olacaq. Sizin saytın vasitəsi ilə xahiş edrəm ki, bu məsələdə mənə yardım edilsin.\”

İnterpress.az