Qlütenə həssaslığınızı göstərən 10 əlamət – Ölüm riskinizi 6 DƏFƏ AZALDINbackend

Qlütenə həssaslığınızı göstərən 10 əlamət – Ölüm riskinizi 6 DƏFƏ AZALDIN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər bu əlamətlərdən heç olmasa yarısı sizdə varsa, o zaman qlütenə görə analiz verin.

1.Mədə-bağırsaq, həzm sistemində uzun müddətli pozğunluqlar: meteorizm, köp, qəbilzik, diareya. Xüsusən qlütenli qidaların qəbulundan sonra bu halların artması

2.Keratoz – əllərdə qaz ayağı. Bu, A vitamini və yağ turşularının azlığından yaranır

3.Daimi yorğunluq, gözlərdə duman, hisslərin qarışması – qlüten qəbulundan sonra daha da artır

4.Autoimmun xəstəliklər, Haşimoto, revtoid artrit, xoralı kolitg, qurdeşnəyi, psoriaz, skleroz kimi xəstəliklər

5.Başgicəllənmə, balansın pozulması

6.Hormonal pozğunluqlar, yumurtalıqların polikistozu

7.Miqren – kəskin formaları

8.Fibromialgiya, səbəbsiz əzələ ağrıları

9.Sanki bilək, diz, çanaqda əzələlərin şişkinliyi, ağrısı, iltihabı

10.Səbəbsiz həyəcan, əhval dəyişikliyi, yaddaşsızlıq, diqqət yayınması

Evdə qlüten həssaslığını necə yoxlamalı?

Qlütenli qidaların – çörək və un məmulatı, buğdadan olan hər hansı ərzağın, taxıl məhsullarının azı 3 günlük qidadan çıxarılması. Və bu 3 gün ərzində orqanizmdə baş verən dəyişiklikləri izləmək. Sonra yenidən bu ərzaqlardan qəbul etmək. Fərq olarsa, deməli qlüten həssaslığı var.

Orqanizmi qlütendən təmizləmək ən azı 1 il çəkir. Və bundan sonra siz qlüten tərkibli qidalardan uzaq durmalısınız.

Araşdırmalar göstərir ki, qlüten xəstələri və Çeliaki xəstələri qlütenli ərzaqları qəbul etməklə, ölüm riskini 6 dəfə artırırlar.

Əgər tam əmin olmaq istəyirsinizsə, istənilən endrokrinoloqa yaxınlaşıb, qlütenə görə analiz vermək istədiyinizi bildirməyiniz kifayət edər. (medicina.az )

İnterpress.az