Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
\”Report\” xəbər verir ki, 1991-ci il təvəllüdlü Bəhrəmov Elmir Mehrac oğlu \”Abşeron\” gənclər şəhərciyi ərazisində tanışı ilə mübahisə edib. Bu zamanı oğlana 12 bıçaq zərbəsi vurulub.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
İnterpress.az