Kaka karyerasını bitirdibackend

Kaka karyerasını bitirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.

ABŞ-ın “Orlando” klubunun formasını geyinən ulduz futbolçu karyerasını bitirmək barədə çoxdna düşünürdü. 35 yaşlı hücumameyilli oyunçu bir açıqlamasında buna səbəb kimi zədələrini göstərmişdi: “Artıq futboldan həzz almıram. Hər oyundan sonra yaşadığım ciddi ağrılar vəziyyətimi pisləşdirir. Futbol oynayanda özümü yaxşı hiss etmirəm”.
Bu dəfə isə o, qərarını bir cümlə ilə ifadə edib: “Karyeram başa çatdı”.
Qeyd edək ki, Kaka bu mövsüm keçirdiyi 22 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İnterpress.az