Qüdsdə Netanyahunun ofisi yanında etirazlarbackend

Qüdsdə Netanyahunun ofisi yanında etirazlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, bu barədə “Times of Israel” nəşri xəbər yayıb.

Etiraz edənlər Qüdsdə (Yerusəlim), Netaniidə, Aşdodda və Petax Tikvedə Teva ofislərinin yanına toplaşıblar. Aeroportlar, banklar və hökumət idarələri bağlanıb. Qüdsdə nümayişçilər şinləri yandıraraq İsrailin baş naziri Benyamin Netanyahunun ofisinə doğru hərəkət istiqamətini kəsiblər.

Keçən həftə şirkət növbəti iki ildə bütün dünyada 14 min işçini ixtisar edəcəyinin anonsunu vermişdi. Bu, bütün dünyada Teva əməkdaşlarının dörddə biri deməkdir.

Qeyd edək ki, keçən il ABŞ Tevanı 214 milyon dollardan çox qanunsuz gəlir əldə etməkdə ittiham etmişdi.

İnterpress.az