GUAM çərçivəsində parlamentlərarası əməkdaşlıq dərinləşdiriləcəkbackend

GUAM çərçivəsində parlamentlərarası əməkdaşlıq dərinləşdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Giorgi Mosidze deyib.
Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna üçün ərazi bütövlüyünün bərpası real problem olaraq qalır: “GUAM-a üzv ölkələrin ərazi bütövlüyünün bərpası üçün parlamentlər səviyyəsində səylər artırılacaq”.

G.Mosidze əlavə edib ki, sabah Tbilisidə keçiriləcək GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında qəbul olunacaq yekun sənəddə təşkilata üzv ölkələrin ərazi bütövlüyü məsələsi də yer alacaq.

Qeyd edək ki, GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında Azərbaycanı Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və millət vəkili Əli Məsimli təmsil edəcək. (apa)

İnterpress.az