İsveçrə KİV-ləri bu barədə məlumatı prokuror Hans İrmana istinadla yayıb.
Xatırladaq ki, bu il aprelin 7-də yerli pivəbişirmə şirkətinin yük maşını naməlum şəxs tərəfindən qaçırılıb. Şirkətin nümayəndələri bildiriblər ki, sürücü malı restorana aparıncaya qədər maşın yox olub. Maşını qaçıran şəxs 6 məhəldən keçərək Stokholmun əsas küçəsinə – Drottninqqatana çıxıb, onun piyada hissəsi boyunca uzanan kiçik hasarı uçurub və səkidə hərəkət edən piyadaları vurub. Maşın 500 metrdən çox gedib və “Ahlens” ticarət mərkəzinin vitrininə çırpılıb. Sürücü maşından çıxaraq hadisə yerindən uzaqlaşıb.
Yük maşınının həmləsi nəticəsində beş nəfər həlak olub, 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
İsveçin Baş naziri Stefan Leven hadisəni terror hücumu adlandırıb. Terror aktından bir neçə saat sonra isti izlərlə 39 yaşlı Özbəkistan vətəndaşı Rahmat Akilov həbs edilib. O vaxtdan həbsdə saxlanılan R.Akilov terror aktı törətməkdə əsas şübhəli sayılır. Prokurorun sözlərinə görə, R.Akilovda psixi pozulma aşkar edilməyib.
H.İrman məlumat verib ki, terror aktı törətməkdə şübhəli bilinən bu şəxs üzərində məhkəmə prosesi 2018-ci ilin fevralında başlayacaq.
İnterpress.az