ABŞ-da sürət qatarı relsdən çıxıbbackend

ABŞ-da sürət qatarı relsdən çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Amtrak kompaniyasının və yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində zərərçəkənlər var. Pers dairəsinin nəqliyyat rəhbərliyinin Tvitterdə yerləşdirdiyi fotoşəkillərdə qatarın sonuncu vaqonunun relsdən çıxdığı görünür. Həmçinin dairə şerifi də qəza nəticəsində zərərçəkənlərin olduğunu bildirib, lakin onların sayını açıqlamayıb.

Qəzaya uğrayan qatarın Sietl və Portlend marşrutu üzrə hərəkət etdiyi bildirilir.

Bəzi KİV-lər qəzanın çoxsaylı insan tələfatı ilə nəticələnə biləcəyi barədə məlumat yayıb.

İnterpress.az