Dövlət Film Fondunun mətbuat xidmətindən verilən məlumata görə, xatirə tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə baş tutacaq. Xatirə gecəsində Nodar Şaşıqoğlunun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, onun həyat və yaradıcılığına həsr olunan videoçarx təqdim olunacaq.
Qeyd edək ki, N. Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə anadan olub. Tiflisdə Teatr İnstitutunu bitirdikdən sonra Moskvanın və Sankt-Peterburqun müxtəlif teatrlarında çalışıb. “Mosfilm”, “Dovjenko”, “Odessa”, “Azərbaycanfilm” kinostudiyalarda işləyib. N. Şaşıqoğlunun “Uzaq sahillərdə” filmində yaratdığı Mixaylo obrazı ona böyük şöhrət qazandırıb.
İnterpress.az