İnterpress.az xatırladır ki, avqustun 7-də Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”a qarşı cinayət işinə başlayıb. Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev tutulub, Yasamal Rayon Məhkəməsi onu qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs edib.
Sentyabrın 11-də Yasamal məhkəməsi Mehman Əliyev barəsində həbs qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz etdiyinə görə direktor azadlığa buraxılıb.
Oktyabrın 30-da Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”a qarşı cinayət işinə xitam verib, Mehman Əliyevin ölkədən çıxışına qoyulan qadağa götürülüb. (novator.az
İnterpress.az