İnterpress.az xəbər verir ki, Kaderin keçmiş əri Tarık Aydının “Ahmer Arıman arvadımı əlimdən aldı” iddialıarına aktyorun cavabı gecikməyib. O, Tarıkı şər atmaqda günahlandırıb:
“Düzdür, Kader mənimlə tanış olanda onun soyadını daşıyırdı, çünki rəsmi boşanma olmamışdı. Amma mən ev-filan dağıtmamışam. Bu adam hər zaman cadu-əməllərdən danışaraq qızı dəfələrlə döyüb küçəyə atıb, ona təcavüz edib. Qız canını ondan zorla qurtarıb. Pislik etmişəm? Arxa durmuşam ona. Dəfələrlə Kaderə evlənmək istəmədiyimi yaş fərqinə görə problem olacağını demişdim. Ancaq o getmədi, “Yaşlı görünmürsən, mən səni istəyirəm” dedi”.
Qeyd edək ki, 2 qızı və bir nəvəsi olan Ahmet bir qızı olan Kaderlə nikah müqaviləsi bağlayıb və razılaşmaya əsasən, boşansalar, biri digərindən mal-mülk tələbi irəli sürə bilməyəcək. (axşam.az)
İnterpress.az