İnterpress.az istinadla xəbər verir ki, onun prezident kürsüsünə oturmağından 11 ay keçdikdən sonra açıqladığı Milli Təhlükəsizlik Strategiyası 68 səhifədən ibarətdir. Yeni strategiya sənədi “Ən təhlükəli və davamlı təhdidlərə aydın və səmərəli yol” adlandırılıb.
Tramp, strateji sənədin “Əvvəlcə Amerika” deyə bilinən, ABŞ-ın mənfəətini hər şeydən üstün tutmaq siyasətini əks etdirdiyini bildirib. O, açıqlamasında strategiya sənədindəki başlıqları Amerikanın rifahını qoruyan və gücləndirən, sülhü qoruyan kimi dəyərləndirib. O, həm daxili, həm də xarici siyasətlə bağlı ABŞ-ın eks prezidentlərini günahlandıraraq deyib: “İranla pis razılıq imzalayıblar, Şimali Koreyanı gözardı ediblər”.
Tramp, prioritet məsələnin sərhəd təhlükəsizliyi olduğunu, Rusiya və Çinin rəqib qüvvələr olduğunu qeyd edib. Viza və \”Yaşıl kart\” proqramlarının dəhşətli olduğunu qeyd edən Tramp, “Ölkəmizi və sərhədlərimizi qorumalıyıq” deyib.
İnterpress.az