Məsələ ilə bağlı \”Qarabağ\” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov \”Ölkə.Az\”-a açıqlamasında bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
\”Mahir Mədətov \”Qarabağ\”ın müqaviləli oyunçusudur. Transfer məsələsi üçün birinci klubla danışmaq lazımdır. Klubla razılaşmadan onunla heç bir klub müqavilə imzalaya bilməz\”.
\”Beşiktaş\”dan \”Qarabağ\”a Mahir Mədətovla bağlı rəsmi təklifin gəlib, gəlməməsinə gəldikdə isə Nurlan İbrahimov qeyd edib ki, Türkiyə klubundan Ağdam təmsilçisinə adı gedən futbolçu ilə bağlı heç bir təklif gəlməyib.
Mahir Mədətovun müqavilə imzalayarkən yayılan fotosuna gəldikdə isə klub rəsmisi deyib ki, futbolçuları başqa bir şirkətlə özü müqavilə bağlayıb:
\”Mahir Mədətov özü Nike şirkəti ilə müqavilə bağlayıb. Bu fotonun \”Beşiktaş\”la heç bir əlaqəsi yoxdur\”.
İnterpress.az