İnterpress.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, görüşdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edəcəklər.
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq.
Toplantı 2017-ci ildə Rusiyanın bu quruma sədrliyinin yekunlarına həsr olunacaq.
Görüş zamanı müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf məsələləri müzakirə olunacaq.
İnterpress.az