80 yaşlı qadın yanan quyuya düşdü, diri-diri yandıbackend

80 yaşlı qadın yanan quyuya düşdü, diri-diri yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Oğuz rayonu Baş Daşağıl kənd sakini, 1937-ci il təvəllüdlü Xanım Abdulrəhim qızı Soltanəliyeva ağır yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 80 yaşlı X. Soltanəliyevanın Şəki rayonu Kiçik Dəhnə kəndinin inzibati ərazisindəki fəaliyyət göstərən fermanın həyətindəki zibil yanan quyuya ehtiyatsızlıqdan yıxılaraq ağır yanıq xəsarətləri aldığı məlum olub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X. Soltanəliyevaya bədəninin 2-3 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub. O, həkimlərin səyinə baxmayaraq ötən gün axşam saat 19:30 radələrində aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib.

İnterpress.az