İtkin düşən alpinistlər unuduldumu?backend

İtkin düşən alpinistlər unuduldumu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ötən ilin dekabrın 23-də Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində hərəkət edən \”Gilavar” Hava və Ekstrim İdman klubunun 3 üzvü – Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrazyılzadə Fəridə Cəbiyulla qızının itkin düşməsindən düz bir ay keçsə də, hələ də onlardan bir xəbər yoxdur.

Alpinistlərin itkin düşməsi ilə bağlı xəbərin yayıldığı ilk günlər peşəkar alpinistlər tərəfindən müxtəlif fikirlər səsləndirilirdi. Qeyd olunurdu ki, itkin düşən gənclər çox təcrübəlidirlər və onlar uçquna düşə bilməzlər. Bəziləri isə hesab edirdilər ki, gənclər yolu azaraq başqa səmtə gediblər və tezliklə tapılacaqlar.

Lakin onların axtarışı ilə bağlı görülən tədbirlər heç bir nəticə vermir. İtkin düşən üç alpinistin axtarışlarında özbaşınalıq və məsuliyyətsizlik açıq-aşkar hiss olunur. Hətta son günlər axtarışın gedişi barədə mətbuata ətraflı məlumat da verilmir. Qısa olaraq sadəcə, \”Axtarışlar davam etdirilir\”, deyə rəsmi məlumatda qeyd olunur.

Nəzərə alaq ki, hər ötən gün onların həyatda qalmasına dair ümidləri bir qədər də azaldır. Belə olan halda isə aidiyyatı qurumlar məsuliyyətini bir qədər də artırmalıdır. Ümüdvarıq ki, aidiyyatı qurumlar Azərbaycan Prezidentin də nəzarətində olan məsələyə ciddi yanaşacaqlar.

İnterpress.az