İnterpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Mark Silvanı istefaya göndərib.
Komandanın son uğursuz nəticələri portuqaliyalı mütəxəssisin komandadan göndərilməsi ilə nəticələnib. 40 yaşlı məşqçi 2017-ci ilin may ayından “Uotford”u çalışdırırdı.
Klubun rəsmi saytı yeni baş məşqçisinin adını da açıqlayıb. Komandanı Xavyer Qrasiya çalışdıracaq.
Qeyd edək ki, “Uotford” 24 turdan sonra Premyer Liqada 26 xalla 10-cu pillədə qərarlaşıb.
İnterpress.az