İnterpress.az xəbər verir ki, Report-un Fransa bürosunun məlumatına görə, bu, italiyalı deputat Mikele Nikolettidir.
Bu vəzifəyə cəmi 1 namizəd olduğundan seçkilər keçirilməyəcək. M.Nikolettinin namizədliyinin bu gün AŞPA-nın qış sessiyası çərçivəsində təsdiqlənəcəyi gözlənilir.
Xatırladaq ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt sağlamlığı ilə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefasını açıqlayıb.
İnterpress.az